Vodka Fraise

Axır vaxtlar yorulmuşam. Herşeydən, oxumaqdan, bekarçılıqdan, marağsız həyat tərzi sürürəm. Onu deyimki Yanvar ayına nifrət edirəm. Rədd olub çıxıb getsəydi, kayf eliyərdim. Belə  boş bekarçılıqdan düşündümki yazımda ala,  bu boş bekarçılıq itib getməsin. Bomba ideyalarım var onuda deyim, imkanlarım yoxdu oları həyata keçirtməyə.

Nəyse dərdimi deyim sizə, sabah imtahanımdı, alman dilindən, keçsəm zor olacaq! Həm bu universitet imtahanlarına rahat hazırlaşacam , həmdəki  «ala azdı bəyəm? Almaniyada oxumaq imkanı qazanmaq».  Düzü zəif hazırlaşmışam, ama özümü sındırmıram, inanıram yaxşı olacaq.

Sizə facebookdan danışım, çox marağsız birşey olub mənimçün. Hərgün hər saat orda olmağıma baxmayaraq, nifret edirəm ora, bəzi friendlistimdəki insanların düşüncə tərzinə filan. Girirəm, şekillərə baxıb çıxıram, statusları isə heç oxumuram. A kişi neyi oxuyum axı? Vorovskoy alemdən, romantik sevgidən, nəbilim ala xiyar xiyar şeylərdən yazırlar. 1-2 dostumda varki, realda olara hörmətim var necə lazımdı, ama virtualda inanın düşük bir obrazları var.  Yazıb öz statusun like edən, dostluğunda minlərlə adam , hamısıda like xestesi. Bu heyat tərzi mənlik deyil. Nəysə nə başıvızı çox ağrıdım, söhbət belədiki kayfa girirem , heçnəyidə like eləmirəm. Dostlarım ise inciyirki, like vurmursan, ətağa biliremki arada yazıram xoşlarına gəlsədə fikirleşirlərki «ə bu bizim paylaşımları like eləmir, qoy bizdə like vurmuyağ» Hə di gedin, çoxda vecimə idiz axı.

Birdə sizə bir qardaş kimi məsləhət, heç olmasa  Twitterdə oturun, ora daha sağlamdı.

Реклама